Türkiyədə iki hakim oyunda saxtakarlığa görə - Həbs edildi

Türkiyədə iki hakim oyunda saxtakarlığa görə - Həbs edildi

Türkiyədə hakimlərə qarşı aparılan araşdırma çərçivəsində saxlanılan Super Liqa hakimi Yasin Kol və köməkçi hakim Göktuğ Hazar Erel barəsində qərar verilib.

“Qafqazinfo” xəbər verir ki, şübhəlilər bu gün səhər saatlarında ifadə veriblər.

Sonra Yasin Kol “təşviq”, Göktuğ Hazar Erel isə “rəsmi sənəddə saxtakarlıq” ittihamı ilə həbs tələbiylə məhkəməyə göndərilib.

Hakimlər Trabzonda keçirilən “Trabzonspor” – “Drogheda United” hazırlıq matçından sonra saxtakarlıqda iştirak və vəzifədən sui-istifadə iddiaları üzrə nəzarətə götürülmüşdülər.

Mənbə: qafqazinfo.az