Məşhur türkiyəli hakim idarə etdiyi oyundan çıxarkən saxlanıldı

Məşhur türkiyəli hakim idarə etdiyi oyundan çıxarkən saxlanıldı

Türkiyə Süper Liqasında baş hakim kimi oyunlar idarə edən Yasin Kol və köməkçisi Göktuğ Hazar Erel dünən axşam qanunsuz mərc araşdırması çərçivəsində saxlanılıblar.

O, ötən gün “Trabzonspor” – “Droheda United” yoldaşlıq oyunundan sonra saxlanılaraq ifadə verməyə götürülüb.

Yasin Kol ilk ifadəsində mərc oynadığı iddiasını rədd edərək, yalnız borc istəyən bir neçə tanışına pul göndərdiyini bildirib.

2008-ci ildə hakimlik fəaliyyətinə başlayan 38 yaşlı Kol 2019-cu ildə Super Liqada dördüncü hakim kimi fəaliyyətə başlayıb, 2020-2021 mövsümündən etibarən isə əsas hakim kimi çalışıb və çempionatda 78 matç idarə edib.

Mənbə: qafqazinfo.az