Tovuzda avtomobil körpüdən aşıb.
“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Yanıqpəyə kəndində qeydə alınıb.
İlkin məlumata görə, “VAZ 2106” markalı avtomobil körpüdən aşıb. Qəza zamanı bir nəfər həlak olub, dörd nəfər xəsarət alıb.
Hadisə yerinə aidiyyəti qurumlar cəlb olunub. Ölən və xəsarət alan şəxslərin kimliyi dəqiqləşdirilir.
Faktla bağlı araşdırma başlanılıb.
Yunis Quliyev
Mənbə: qafqazinfo.az