Ağdamda 15 yaşlı qız itkin düşüb.
Teleqraf-a istinadla xəbər verilir ki, rayonun Səfərli kənd sakini evdən çıxaraq bir daha geri qayıtmayıb. 2011-ci il təvəllüdlü Nigar Musa qızı Səfərli bir nəfərlə birlikdə ailəsindən xəbərsiz evdən çıxıb.
Ailəsi məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına rəsmi müraciət ediblər.
Faktla bağlı araşdırma başlanılıb.
Mənbə: publika.az