Çinli sahibkar Elis Huanqın bir ildən çox müddət ərzində Çin kəşfiyyatının əməkdaşı ilə əlaqədə olduğu iddia edilir.
Bildirilib ki, Huanq 2025-ci ilin yazından 2026-cı ilin payızınadək Çin Xalq Respublikasının Dövlət Təhlükəsizliyi Nazirliyinin əməkdaşı ilə ünsiyyətdə olub. Onun bu əlaqələri ABŞ xüsusi xidmət orqanları tərəfindən izlənilib.
Məlumata görə, həmin dövr Huanqın “Nvidia” şirkətinin rəhbəri Censen Huanqla romantik münasibətdə olduğu vaxtla da üst-üstə düşüb.
Qeyd olunub ki, Elis Huanqın Çin lehinə casusluq etdiyini təsdiqləyən rəsmi sübut yoxdur. ABŞ-ın baş prokuroru Todd Blanş bildirib ki, Ədliyyə Nazirliyi və FTB onun Çin kəşfiyyatı ilə ehtimal olunan əlaqələri barədə hələ yekun nəticəyə gəlməyib.
Çin tərəfi casusluq iddialarını rədd edir. "Nvidia" isə şirkətin kommersiya sirlərinin sızmasına dair heç bir sübutun olmadığını açıqlayıb.
Müəllif: Roza
Mənbə: publika.az