Laçında dağlıq ərazidə yanğın - FOTO/VİDEO

Laçında dağlıq ərazidə yanğın -

Laçın rayonunun Minkənd kəndi yaxınlığında dağlıq ərazidə yanğın olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Mürəkkəb relyefin və küləkli havanın yaratdığı çətinliklərə baxmayaraq, yanğın geniş əraziyə yayılmasına imkan verilmədən söndürülüb.












Mənbə: bizim.media