Azərbaycan-Kipr Dostluq Cəmiyyətindən bildirilib ki, faciə zamanı gəminin heyətində Azərbaycan Respublikasının üç vətəndaşı - Rəşad İbrahimov, Qədir Quliyev və Valeh Hümbətov olub. Onların gəmidə müvafiq olaraq matros, yağlayıcı və köməkçi heyət vəzifələrində çalışdıqları bildirilir.
Hadisə ilə bağlı saxlanılan 9 şəxsin məhkəmə prosesi davam edir. Sentyabrın 25-də keçirilən iclasda onların daha 7 gün müddətinə polis nəzarətində saxlanılmasına qərar verilib.
Bildirilib ki, həmin zədənin və təmirin gəminin batmasına təsirinin olub-olmaması araşdırılır. Həmçinin təmir barədə aidiyyəti qurumlara məlumat verilib-verilmədiyi və təmirdən sonra gəminin neçə dəfə səfərə çıxdığı müəyyənləşdirilir.
Fəlakət nəticəsində 239 nəfərin xilas edildiyi, 15 nəfərin meyitinin aşkarlandığı, 13 nəfərin isə itkin olduğu bildirilir. Hazırda sualtı axtarışlar davam etdirilir. "Optimus Prime" gəminin qara qutusu və VDR qeyd cihazının tapılması istiqamətində iş aparır.
İstintaq çərçivəsində sahilə çıxan 17 gəmi detalının ekspertizaya göndərilməsi, həmçinin Türkiyədə, o cümlədən Adanadakı gəmi təmiri müəssisəsində araşdırma aparılması planlaşdırılır.
Azərbaycan-Kipr Dostluq Cəmiyyəti faciənin bütün səbəb və hallarının hərtərəfli və obyektiv araşdırılmasını, həmçinin Rəşad İbrahimov, Qədir Quliyev və Valeh Hümbətovun hüquqlarının qorunmasını diqqətdə saxladığını bildirib.
Qeyd edək ki, saxlanılan şəxslərin təqsiri məhkəmənin qanuni qüvvəyə minmiş yekun qərarı ilə müəyyən edilməyib.
Mənbə: oxu.az