Qazax rayonu, Aslanbəyli kəndində açıq ərazidə yanğın baş verib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qazax Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində açıq sahədə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində 1 ha sahədə kol-kos və biçilmiş taxıl sahəsi yanıb.
Ətraf ərazilər yanğından mühafizə olunub.





Mənbə: qafqazinfo.az