“Meta”nın süni intellekt tətbiqi rekord yüklənməyə çatdı

“Meta”nın süni intellekt tətbiqi rekord yüklənməyə çatdı

“Meta”nın yeni süni intellekt köməkçisi “Muse” ABŞ-də ən çox yüklənən pulsuz tətbiq olub.

“Bakupost” xəbər verir ki, “Muse” sentyabrın 21-də həm “Apple”ın “App Store”, həm də “Google Play Store”da pulsuz tətbiqlər arasında birinci yerə yüksəlib.
“Sensor Tower”in məlumatına görə, tətbiq təqdim edildikdən sonrakı ilk 6 gündə 902 mindən çox dəfə yüklənib. Bu göstərici əvvəlki “Meta AI” tətbiqinin eyni dövrdəki 773 min yüklənməsini də ötüb.
“Muse”un populyarlığı fonunda “Meta”nın səhmləri 11 faiz bahalaşıb. Süni intellektə artan tələbat çip şirkətlərinin səhmlərinə də təsir edib.
Vüsalə Hüseynova,
BakuPost

Mənbə: www.bakupost.az