Ağır qəzada ölən şəxs hərbçi imiş - Foto

Ağır qəzada ölən şəxs hərbçi imiş -

Azərbaycan Ordusunun hərbçisi yol-nəqliyyat hadisəsində həyatını itirib.

Hadisə sentyabrın 18-də Füzuli rayonun Mirzəcamallı kəndi ərazisində baş verib.

Belə ki, hərəkətdə olan "Mercedes" markalı maşın yolun kənarına aşıb.

Nəticədə avtomobildə olan sərnişin, 1991-ci il təvəllüdlü müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) Etibar Abbasov hadisə yerində həyatını itirib.


Bizim.Media

Mənbə: bizim.media