70 yaşlı qadın polis tərəfindən saxlanıldı - Bu əməllərə görə

70 yaşlı qadın polis tərəfindən saxlanıldı - Bu əməllərə görə

Yasamal rayonu ərazisində dələduzluq faktı qeydə alınıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər də dələduzluq əməllərinə görə dəfələrlə məhkum olunmuş 70 yaşlı N.Məhərrəmova müəyyən olunaraq saxlanılıb.

Araşdırmalar zamanı onun zərərçəkmiş şəxsin evinə özünü xeyriyyə təşkilatının nümayəndəsi kimi təqdim edərək daxil olduğu, maddi yardım göstəriləcəyi vədi ilə həmin şəxsdən 2250 manat pul və 800 manat dəyərində qızıl-zinət əşyaları aldığı müəyyən edilib. N.Məhərrəmovanın əldə etdiyi qızıl-zinət əşyalarını sonradan satdığı da məlum olub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Mənbə: qafqazinfo.az