Əsəd rejimindən qaçan Assala Dəməşqə geri döndü

Əsəd rejimindən qaçan Assala Dəməşqə geri döndü

Suriya musiqisinin ikonik simalarından biri olan Assala Nasri təxminən 15 illik fasilədən sonra Dəməşqdə yenidən səhnəyə çıxıb.

Xarici mətbuata istinadən xəbər verilir ki, 2011-ci ildə başlayan üsyan zamanı Suriya xalqını dəstəklədiyinə görə o vaxtkı hökumətlə qarşıdurmaya girən və ölkəni tərk etməyə məcbur olan Assala illər sonra Feyha İdman Salonunda konsertlə suriyalı pərəstişkarları ilə yenidən görüşüb.

Məşhur sənətçi konserti sözləri ilə tanınan inqilabi himni "Başını dik tut, sən azad suriyalısan" ifa etməklə açıb. Mahnı 2011-ci ildən bəri Suriyada etiraz və şənliklərdə istifadə edilən ən görkəmli əsərlərdən biri kimi tanınır.

Konsertdə atası Mustafa Nasriyə məxsus olan təxminən 100 yaşlı ud sənətçiyə 2013-cü ildən bəri onu qoruyan antikvar satıcı tərəfindən hədiyyə edilib.

Qeyd edək ki, Assala son konsertini 2010-cu ilin fevral ayında Dəməşqdə verib.

Mənbə: unikal.az