Dördqat İngiltərə çempionu və İngiltərə millisinin keçmiş hücumçusu Rahim Sterlinq yol-nəqliyyat hadisəsi ilə bağlı bir sıra ittihamlarla təqsirli bilinib.
BBC-nin məlumatına görə, məhkəmə iclası zamanı 31 yaşlı idmançı bütün ittihamlar üzrə özünü təqsirli bilib: təhlükəli sürücülük, qanunsuz olaraq azot oksidini udmaq məqsədilə saxlamaq və analiz üçün bioloji nümunə təqdim etməmək.
Hadisə 28 may 2026-cı ildə Hempşirdə baş verib: futbolçu “Lamborghi”ni avtomobilinə ziyan vuran qəza törədib. Qəzada başqa nəqliyyat vasitələri iştirak etməyib və xəsarət alan olmayıb.
Hökmün elan olunma tarixi daha sonra müəyyən ediləcək.
Mənbə: publika.az