Sumqayıtda iki avtomobil toqquşub: Ölən və yaralanan var

Sumqayıtda iki avtomobil toqquşub: Ölən və yaralanan var

Sumqayıtda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə şəhərin Sahil küçəsində qeydə alınıb.

İlkin məlumata görə, hərəkətdə olan "Mercedes" və KIA markalı avtomobillər toqquşub.

Toqquşma nəticəsində "Mercedes"in sürücüsü, 1959-cu il təvəllüdlü Elbrus Xəlil oğlu Əliyev həyatını itirib.

Qəzada KIA-nın sərnişini, 2004-cü il təvəllüdlü Aysel Vüqar qızı Həsənli müxtəlif dərəcəli xəsarətlər alıb. O, tibbi yardım göstərilməsi üçün xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Mənbə: oxu.az