Türkiyədə qeydə alınan görüntü sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Milli.az-a istinadla xəbər verilir ki, videoda qəbiristanlıq ərazisində tikilmiş çoxmərtəbəli binaların görüntüləri əks olunub. Tikililərin məzarlığın içində yerləşməsi diqqət çəkib.
Görüntüləri paylaşan istifadəçilərdən bəziləri vəziyyəti zarafatla "insanlara mənzil yox, qəbiristanlıq satırlar" sözləri ilə şərh edib. Bəzi sosial şəbəkə istifadəçiləri isə binaların qəbiristanlıq ərazisində inşa edildiyinə təəccübləndiklərini bildiriblər.
Kadrlarda binanın ətradakı məzarların yaxın olması görüntünün daha çox diqqət çəkməsinə səbəb olub.
Həmin görüntünü təqdim edirik:
Mənbə: www.bakupost.az