“Sovetski”də söküntü ərazisindən meyit tapıldı

“Sovetski”də söküntü ərazisindən meyit tapıldı

Bakıda söküntü ərazisindən meyit tapılıb.

Hadisə sentyabrın 13-ü saat 17 radələrində Ş.Rəhimov küçəsi 43-də baş verib.
“Sovetski”də sökülən binanın qalıqları arasından üzərində zorakılıq əlamətləri görünməyən 40-45 yaşlı kişi meyiti aşkar edilib.
Meyiti aşkar edilən şəxsin 1968-ci il təvəllüdlü Ağayev Eyvaz Yusif oğlu olduğu polis əməkdaşları tərəfindən müəyyən edilib.
Həmin şəxsin evsiz olduğu və tüfeyli həyat tərzi sürdüyü bildirilib.
Araşdırma aparılır.

Mənbə: www.bakupost.az