Tanınmış vəkil: “Yarım saatdır "Sahil" stansiyasından "İçərişəhər" stansiyası arasındakı tuneldə qalmışıq”

Tanınmış vəkil: “Yarım saatdır "Sahil" stansiyasından "İçərişəhər" stansiyası arasındakı tuneldə qalmışıq”

“Bakı Metropoliteni" QSC-nin qatarlarının hərəkət qrafikində gecikmə baş verib.

Gecikmə ilə bağlı sosial şəbəkələrdə də paylaşımlar edilir.
Tanınmış vəkil Səməd Vəkilov tuneldə qaldığını yazıb.
“Yarım saatdır metronun "Sahil" stansiyasından "İçərişəhər" stansiyası arasındakı tuneldə qalmışıq”,- deyə o bildirib.
Jurnalist Elçin Rüstəmli isə qatarın 40 dəqiqədən artıq sözügedən tuneldə qaldığını yazıb. Onun sözlərinə görə, bəzi sərnişinlərin səhhəti pisləşib və təşviş yaranıb.
"Şükür Allaha, salamatçılıq olub, problem aradan qalxıb.
Nəqliyyat və digər xidmət sektorlarında keyfiyyət pisləşir, bir dəfə də yazmışdım, daha əvvəl insanlarda məmnunluq yaradan xidmətlər indi narahatlıq mənbəyinə çevrilir".

Mənbə: www.bakupost.az