Cənubi Amerikanın 2 ölkəsində güclü zəlzələ olub

Cənubi Amerikanın 2 ölkəsində güclü zəlzələ olub

Sentyabrın 10-da Peru və Ekvador sərhədində 5,3 maqnitudalı güclü zəlzələ baş verib.

Cənubi Amerikada baş verən seysmik hadisə barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.

Yeraltı təkanlar yerli vaxtla saat 01:42-də (Bakı vaxtı ilə 10:42) qeydə alınıb. Zəlzələnin episentri əhalisi təxminən 15 min nəfər olan Ekvadorun Yantzaza şəhərindən 140 kilometr şərqdə yerləşib. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə olub.

Bundan əvvəl, sentyabrın 9-da Argentinanın Salta əyalətində də güclü zəlzələ baş verib. Seysmoloqlar onun maqnitudasını 5,0 qiymətləndiriblər.

Mənbə: az.trend.az