Mehmet Əli Ərbil infarkt keçirtdi

Mehmet Əli Ərbil infarkt keçirtdi

Türkiyəli məşhur şoumen Mehmet Əli Ərbil səhhətində yaranan problem səbəbilə xəstəxanaya yerləşdirilib.

Türkiyə mətbuatına istinadən xəbər verilir ki, 69 yaşlı şoumen ötən gün evində qəfil özünü pis hiss edib. Yaxınları onu dərhal xəstəxanaya aparıb. Müayinələr zamanı Ərbilin ürək damarlarından birində tıxanıqlıq olduğu müəyyənləşib.

Həkimlər stent yerləşdiriblər. Bir müddət xəstəxanada müalicə alan sənətçinin vəziyyətinin hazırda yaxşı olduğu bildirilib. Müalicəsi başa çatdıqdan sonra evə buraxılan Ərbilin bir müddət istirahət edəcəyi qeyd olunub.


Mənbə: unikal.az