16 yaşlı yeniyetmə bıçaqlandı

16 yaşlı yeniyetmə bıçaqlandı

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Teleqraf-a istinadən xəbər verilir ki, hadisə şəhərin ticarət mərkəzlərindən birinin qarşısında qeydə alınıb.

2010-cu il təvəllüdlü R.Bayramov bıçaqlanma diaqnozu ilə xəstəxanalardan birinə yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib, vəziyyəti orta ağırdır.

Faktla bağlı araşdırma başlanılıb.

Mənbə: publika.az