Batumidən uçan təyyarə Rizedə dənizə düşdü

Batumidən uçan təyyarə Rizedə dənizə düşdü

Gürcüstandan havaya qalxan yüngülmühərrikli təyyarə Türkiyənin Rize vilayətində dənizə təcili eniş edib.

“Hürriyet”ə istinadən xəbər verilir ki, “Aerospool WT-9 Dynamic” tipli təyyarə Batumidən havaya qalxıb və göyərtəsində 2 nəfər olub.

Onların Belçika vətəndaşları olduğu və xilas edildikləri bildirilib. Sahilə çıxarıldıqdan sonra xəstəxanaya aparılan həmin şəxslərin vəziyyəti açıqlanmayıb.

Mənbə: qafqazinfo.az