Giorgi Baramidze saxlanıldı

Giorgi Baramidze saxlanıldı

Gürcüstan Baş Prokurorluğunun əməkdaşları tərəfindən “Vahid Milli Hərəkat” partiyasının liderlərindən biri, keçmiş baş nazirin müavini Giorgi Baramidze saxlanılıb.

Bu barədə “İmedi TV”nin məlumatında deyilir.
Bildirilib ki, Baramidze dövlətə xəyanətdə və təxribatda ittiham edilir.
Təfərrüatlar hələlik açıqlanmayıb.

Mənbə: www.bakupost.az