Tərtər sakini odlu silahdan açılan atəş nəticəsində xəsarət alıb.
APA-ya istinadla xəbər verilir ki, hadisə rayonun Şıxarx qəsəbəsində qeydə alınıb.
1974-cü il təvəllüdlü Məzahir Yusifov hər iki ayağından tüfənglə vurulub.
Yaralı Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: publika.az