Avtomobillər toqquşdu, biri mağazaya çırpıldı - Video

Avtomobillər toqquşdu, biri mağazaya çırpıldı - Video

Gəncədə yol qəzası olub, avtomobil mağazaya çırpılıb.

Hadisə şəhərin Təbriz və Cavad Rəfibəyli küçələrinin kəsişməsində baş verib.

“Chevrolet” markalı avtomobil “Prius” markalı minik maşını ilə toqquşub. Zərbənin təsirindən “Chevrolet” mağazaya çırpılıb. Nəticədə sürücü müxtəlif bədən xəsarətləri alıb. O, yaxınlıqdakı xəstəxanalardan birinə yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Yunis Quliyev




Mənbə: qafqazinfo.az