“Dyson” kamera və süni intellektlə təchiz olunmuş yeni diş fırçası “CameraJet”i təqdim edib.
Cihaz fırçalama zamanı dişlərin arasındakı boşluqları avtomatik müəyyənləşdirir və həmin nahiyələrə su “jeti” göndərərək plakları təmizləyir. Beləliklə, diş fırçası və ağız duşu bir cihazda birləşdirilib.
“CameraJet”də 100 min piksellik kamera saniyədə 28 kadr çəkərək diş aralarını analiz edir. Süni intellekt sistemi boşluğu müəyyən etdikdən sonra 100 millisaniyə ərzində həmin nöqtəyə su jeti yönəldir.
“Dyson” cihazın daha aşağı təzyiqli konik su jeti ilə işlədiyini və bunun diş əti ilə minaya düşən yükü azaltmaq üçün nəzərdə tutulduğunu bildirir.
“Dyson Dental System” adlı dəstin qiyməti 880 manatdır. “Dəstə CameraJet”,şarj stansiyası, səyahət qutusu, xüsusi diş məcunu və ağız baxımı suyu daxildir.
Vüsalə Hüseynova
Mənbə: www.bakupost.az