“Çevik” hücuma məruz qaldı - Saxlanılan var

“Çevik” hücuma məruz qaldı -

“Çevik” ləqəbi ilə tanınan tiktoker, Vətən müharibəsi iştirakçısı Məqsəd Bağırov yaşadığı Qəbələ şəhərində hücuma məruz qalıb.

Hadisə ilə bağlı 1 nəfər polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı müvafiq ekspertiza təyin edilib, araşdırma aparılır.

Qeyd edək ki, Məqsəd Bağırov bu ilin iyul ayının sonunda sosial şəbəkələrdə qeyri-etik davranışlar və yayımlara görə polis tərəfindən saxlanılaraq 10 sutka inzibati həbs edilib.

Mənbə: qafqazinfo.az