İranda toya hücumda yaralananların sayı artdı

İranda toya hücumda yaralananların sayı artdı

İranın Hörmözqan ostanının Sirik şəhərində toy mərasiminin atəşə tutulması nəticəsində yaralananların sayı 68 nəfərə çatıb.

IRNA-ya istinadən xəbər verilir ki, bu barədə ostanın qubernatorunun müavini Əhməd Nəfisi məlumat yayıb.

Son məlumatlara görə, hücum nəticəsində azı 5 nəfər ölüb.

Qeyd edək ki, daha əvvəl İran tərəfi hücumda 50 nəfərin yaralandığını açıqlamışdı.

Mənbə: qafqazinfo.az