Ermənistanda keçmiş nazir həbs edildi

Ermənistanda keçmiş nazir həbs edildi

Ermənistan Dövlət Gəlirləri Komitəsinin keçmiş sədri, keçmiş maliyyə naziri Qaqik Xaçatryan 2 ay müddətinə həbs edilib.

Bu barədə erməni KİV yazıb.

29 avqust 2026-cı ildə Qaqik Xaçatryana qarşı yeni ittiham irəli sürülüb və o, ötən gün saxlanılıb.

Prokurorluğun məlumatına görə, yeni ittihamlar "Proqress Ermənistan" və "Yerli İnkişaf Etdiricilər" şirkətlərinin direktoru S.M.-dən xüsusilə külli miqdarda rüşvət almaq və rəsmi alqı-satqı yolu ilə 2,1 milyard dramdan çox dəyərində əmlak əldə etmək, "Dilijan" təhsil mərkəzinin tikintisi zamanı 174,5 milyon dram israf etmək, Brusov Universitetinə məxsus 208,9 milyon dram dəyərində daşınmaz əmlakı qanunsuz olaraq özgəninkiləşdirmək, eləcə də Gümrüdəki "Üyüdücü Maşın" zavodunun ərazisindən istifadə edərək 151,1 milyon dram dəyərində çirkli pulların yuyulması ilə bağlıdır.

Mənbə: unikal.az