Nepal polisi daşqınlar zamanı ən azı 20 bankdan sel sularının apardığı, içərisində qızıl və külli miqdarda nağd pul olan seyfləri axtarır.
Bu barədə yerli media məlumat yayıb.
Bildirilib ki, hadisədən Rasua, Dhadinq və Çitvan rayonlarındakı banklar zərər çəkib. Hadisədə binalar dağılıb, bankların xəzinələrini isə sel suları aparıb.
Yerli sakinlərin palçıq içərisində tapılan bəzi seyfləri sındıraraq pulları götürməyə cəhd etdiyi deyilir. Hazırda itkin qiymətli əşyaların mühafizə altına alınması üçün ərazidə işlər aparılır.
Qeyd edək ki, avqustun 26-da Nepalın Çinlə sərhədində baş verən uçqun güclü daşqına səbəb olub. Fəlakət nəticəsində mindən çox insan ölüb, 4,5 min nəfər isə itkin düşüb.
Mənbə: publika.az