Məşhur müğənni güllələndi: Ölümünə mahnısı səbəb oldu - FOTO

Məşhur müğənni güllələndi: Ölümünə mahnısı səbəb oldu - FOTO

Hindistanın Uttar-Pradeş ştatında məşhur müğənni Ankit Baliyan silahlı hücum nəticəsində öldürülüb.

“News9Live”a istinadla xəbər verilir ki, hadisə Şamli şəhərində idman zalının yaxınlığında baş verib. İki motosikletlə gələn 4 silahlı şəxs müğənniyə atəş açaraq hadisə yerindən qaçıb.

Ankit Baliyan aldığı ağır yaralardan ölüb.

Polis iki şübhəlini izləyərək zərərsizləşdirib. Onlar hüquq-mühafizə orqanlarının əməkdaşlarına müqavimət göstərib. Qarşıdurma zamanı iki polis əməkdaşı yaralanıb. Hadisədə iştirak edən daha iki nəfərin axtarışları davam edir.

Müğənninin “Haryanvi” dilində (Haryanvi, Hindistanın şimalında yerləşən Haryana ştatında və paytaxt Dehli ərazisində təxminən 13-16 milyon nəfər tərəfindən danışılan bir Hind-Aryan dilidir) ifa etdiyi mahnılar böyük populyarlıq qazanıb. Onun sosial şəbəkələrdə 800 minə yaxın izləyicisi, “YouTube” kanalında isə 181 milyondan çox baxışı olub.

Məşhur “Bhari Court Mein Goli Maarenge” mahnısının qətlin səbəbi olduğu ehtimal edilir. İddialara görə, mahnıda kriminal avtoritet Cittender Maan ləqəbli Qoqi ilə bağlı hadisəyə toxunulması onun dəstəsinin üzvlərinin narazılığına səbəb olub.

Mənbə: publika.az