Füzulidə qəza, sürücü öldü

Füzulidə qəza, sürücü öldü

Füzuli rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Qəza rayonun Molla Məhərrəmli kəndi ərazisində qeydə alınıb.

Rayonun Babı kənd sakini 1999-cu il təvəllüdlü Quliyev Sahil Xəlil oğlu idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə,avtomobil yol kənarındakı ağaclara çırpılıb.

Qəza zamanı S.Quliyev aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Ziya Əmirxanlı

Mənbə: qafqazinfo.az