Toy karvanında "avtoş"luq edən sürücü həbs edildi

Toy karvanında "avtoş"luq edən sürücü həbs edildi

Avtoxuliqanlıq edən sürücü 1 il sürücülük hüququndan məhrum edilib.

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı toy karvanında avtoxuliqanlıq edən sürücü E.Abdullayev saxlanılıb.

O, idarə etdiyi “VAZ-21074” markalı avtomobillə yol hərəkəti qaydalarını davamlı olaraq kobud şəkildə pozub və digər hərəkət iştirakçıları üçün qəza şəraiti yaradıb.

Məhkəmənin qərarı ilə E.Abdullayev sürücülük hüququ 1 il müddətində məhdudlaşdırılmaqla inzibati qaydada həbs edilib.


Mənbə: unikal.az