Sakinlərin xeyir-şər evi kimi istifadə etdikləri binanı hansısa sahibkar alaraq tikinti aparır...
Xəzər TV-yə istinadən xəbər verilir ki, bu iddia ilə Şəki rayonu M.Ə.Rəsulzadə küçəsi 177 nömrəli binada yaşayan sakinlər çıxış edirlər. Onlar bildirirlər ki, həmin yerdə xüsusilə yas mərasimlərini keçirirlər.
Sözügedən sahibkar isə bildirdi ki, sakinlərin xeyir-şər binasına dəymir. Hətta onun torpağı ilə tikinti olan hissənin arasında 80 sm yer var. "Bura da mənim mülkümdür və sakinlər bütün qrumlara müraciət ediblər. Hətta məhkəmədə yoxlanışlardan sonra da mənim mülkümdə olan əmlakın toxununulmazlığı haqda qərar verilib" deyən mülkiyyətçi bütün sənədləri təqdim etdi.
Şəki şəhər İcra Hakimiyyətindən də bildirildi ki, xeyir-şər otaqlarından kənarda vətəndaşa məxsus torpağın qanuni çıxarış sənədləri var. Mülkiyyətçinin torpağının kənarını 2 metr 20 sm hündürlüyündə hasarlamaq üçün heç bir icazə və sənəd tələb olnmur.
Mənbə: unikal.az