Uqandanın qərbində yerləşən Toronun kralı Oyo Rukidi IV 34 yaşında vəfat edib.
Bu barədə krallığın baş naziri Kelvin Armstronq Rvomire Akiki məlumat verib.
Baş nazir kralın cümə axşamı dünyasını dəyişdiyini bildirib və onun ölümünü kral ailəsi, Toro xalqı və bütün Uqanda üçün “ölçüyəgəlməz itki” adlandırıb.
Məlumata görə, Oyo Rukidi IV bir müddət əvvəl ABŞ-da ağır vəziyyətdə xəstəxanaya yerləşdirilmişdi. Ailəsinə yaxın mənbələr onun xərçəng xəstəliyindən müalicə olunduğunu bildiriblər.
Oyo Rukidi IV atasının 1995-ci ildə ürək tutmasından vəfat etməsindən sonra, cəmi 3 yaşında kral elan edilmişdi. O, yetkinlik yaşına çatdıqdan sonra - 2010-cu ildə monarxın səlahiyyətlərini tam şəkildə icra etməyə başlayıb.
2025-ci ildə “Ginnesin Rekordlar Kitabı” Oyo Rukidi IV-ni dünyanın ən gənc fəaliyyətdə olan monarxı kimi tanıyıb.
Kral evli olmayıb. Lakin baş nazirin sözlərinə görə, onun əvvəllər ictimaiyyətə məlum olmayan bir varisi - şahzadəsi olub. Onun adı krallığın ənənələrinə uyğun olaraq daha sonra açıqlanacaq.
Müəllif: Adəm
Mənbə: publika.az