İstanbulda avtobus qəzası: 1 ölü, 17 yaralı var

İstanbulda avtobus qəzası: 1 ölü, 17 yaralı var

Türkiyənin İstanbul vilayətində sərnişin avtobusunun qəzaya uğraması nəticəsində 1 nəfər ölüb, 17 nəfər xəsarət alıb.

Hadisəyə avtobus sürücüsünün idarəetməni itirməsi səbəb olub. İdarəetmədən çıxan avtobus yaşayış komplekslərindən birinin həyət divarına çırpılıb.

Qəza yerinə polis, yanğınsöndürmə xidmətinin əməkdaşları və təcili tibbi yardım briqadaları göndərilib. Yaralanan şəxslər xəstəxanalara yerləşdirilib. Onlardan 2-nin vəziyyətinin ağır olduğu bildirilib.

Hadisənin başvermə səbəbləri ilə bağlı araşdırma aparılır.

Mənbə: publika.az