Dünənki güclü küləyə görə 2 qadın xəsarət alıb

Dünənki güclü küləyə görə 2 qadın xəsarət alıb

Ötən gün küləkli hava şəraiti ilə əlaqədar baş vermiş hadisələr nəticəsində iki nəfər xəsarət alıb.

Bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Belə ki, saat 20:20-də 17.09.1952-ci il təvəllüdlü qadın güclü külək səbəbindən yıxılaraq xəsarət alıb. Zərərçəkən tibbi müayinədən keçirilib və ona sağ pəncənin IV daraq sümüyünün sınığı diaqnozu qoyulub. Müvafiq tibbi yardım göstərilib.

Saat 20:40-da 29.01.1987-ci il təvəllüdlü qadın isə güclü küləyin təsiri ilə qapının hərəkət etməsi nəticəsində əlindən xəsarət alıb. Tibbi müayinə zamanı ona sol əlin 3-4-cü barmaqlarının kəsilmiş yarası diaqnozu qoyulub. Müvafiq tibbi yardım göstərilib.

Müraciət edənlərin vəziyyəti qənaətbəxş qiymətləndirilib və onlar ambulator müalicə üçün evə buraxılıblar. Ev şəraitində müalicə və tibbi nəzarətlə bağlı müvafiq tövsiyələr verilib.

Mənbə: qafqazinfo.az