Erməni qarmonçu Qaqik Stepanyan sosial şəbəkələrdə Azərbaycan milli musiqilərini ifa etməsi ilə geniş tanınıb.
“Yeni Sabah”a istinadla xəbər verilir ki, əslən Gürcüstanın Axalkalaki vilayətindən olan Q.Stepanyan ifalarında həm Qafqaz xalq musiqilərinin ritmləri, həm də virtuoz barmaq texnikası ön plana çıxır.
“Qadan mən alım”, “Sarı gəlin”, “Sən gəlməz oldun”, “Təki sən səslə məni” kimi Azərbaycan xalq mahnılarını ifa edən musiqiçini həmyerliləri həm tənqid, həm də təriflərlərlə qarşılayır.
İzləyiclərindən bəziləri Qaqik Stepaniyanın Azərbaycanın məşhur qarmon ustası Aftandil İsrafilovun tələbəsi olduğunu iddia edirlər.
Xatırladaq ki, erməni qarmon ifaçısı Qaqik Stepanyan "Bəs nə deyirəm", "Niyə yox deyirsən", "Güman yeri var", "Ay bəri bax" kimi Azərbaycan kompozisiyalarını qarışıq üslubda ifa edərək, onları https://www.youtube.com/watch?v=pJ94cvEIymw səhifəsində yerləşdirib. Q. Stepanyan mahnıların və onların müəlliflərinin adlarını açıqlamayıb.
2025-ci ildə Əqli Mülkiyyət Agentliyi bu barədə məlumat verib.
Agentliyin bu məsələ ilə bağlı gördüyü tədbirlər nəticəsində, müəlliflərin, ifaçıların və fonoqram istehsalçılarının mülkiyyət hüquqlarını rəqəmsal şəbəkələrdə idarə edən ictimai birlik olan Rəqəmsal və Audiovizual Yayım Sənayesi (RAYS) texniki dəstək alan Stepanyanın kompozisiyalarını "YouTube" səhifəsindən silib.
Mənbə: www.bakupost.az