“Hyundai Sonata” yük maşınına çırpıldı, ölən var

“Hyundai Sonata” yük maşınına çırpıldı, ölən var

Bu gün Şabran rayonunda ağır yol qəzası baş verib.

Gəndob-Yalama yolunun rayonun Şahnəzərli kəndindən keçən hissəsində “Hyundai Sonata” markalı minik avtomobili yük maşınına çırpılıb.

Nəticədə, minik avtomobilində olan qadın sərnişin həlak olub. Sürücü isə ağır bədən xəsarətləri alıb.

İlkin məlumata görə, qəza minik avtomobilinin ötmə əməliyyatı etdiyi zaman baş verib.

Araşdırma aparılır.

Mənbə: qafqazinfo.az