Koçaryanın oğlu həbs edildi

Koçaryanın oğlu həbs edildi

Ermənistanın sabiq prezidenti Robert Köçəryanın oğlu Sedrak Köçəryan haqqında iki ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Bu barədə vəkil Aleksandr Koçubayev məlumat verib.

"Cənab Köçəryanın barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilib", - vəkil deyib.

Məlumata görə, Ermənistan Baş Prokurorluğu Köçəryana qarşı üç cinayət ittihamı irəli sürüb.

Qeyd edək ki, bir müddət əvvəl sabiq liderin ofisi onun saxlanılmasını təsdiqləyib və Köçəryanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə aparıldığını qeyd edib.

Mənbə: apa.az