Rusiya qoşunları avqustun 22-si səhər saatlarında Ukraynanın Kiyev şəhəri və Kiyev vilayəti istiqamətində yenidən ballistik raketlər buraxıb.
Ukrayna Silahlı Qüvəllərinin Hərbi Hava Qüvvələrinə istinadən xəbər verilir ki, əvvəlcə Kiyev və Borispola ballistik silahların tətbiqi təhlükəsi barədə elan edilib.
Qeyd olunur ki, bölgədə partlayış səsləri eşidilib. Daha sonra Hərbi Hava Qüvvələri Çerniqov vilayəti üzərindən Kiyev vilayəti istiqamətində ballistik raketlərin hərəkətini qeydə alıb.
Xatırladaq ki, bu gün Rusiya qoşunlarının Kiyevin Darnitsa rayonundakı dəmir yolu müəssisəsinə ballistik zərbə endirmasi, nəticədə "Ukrzaliznitsya"nın əməkdaşı həlak olması barədə də malumat yayılmışdı.
Mənbə: publika.az