Rusiya Hava Hücumundan Müdafiə (HHM) qüvvələri 12 saat ərzində ölkənin 16 regionu, Azov və Qara dənizləri üzərində Ukrayna Silahlı Qüvvələrinə məxsus təyyarə tipli 250 pilotsuz uçuş aparatını (PUA) məhv edib.
Bu barədə Rusiya Müdafiə Nazirliyi “Max” messencerindəki kanalında məlumat yayıb.
Qurumdan qeyd edilib ki, dron hücumları saat 08:00-dan 20:00-dək olan müddətdə baş verib. PUA-lar Arxanqelsk, Belqorod, Bryansk, Voronejl, Kaluqa, Kirov, Kursk, Oryol, Ryazan, Samara, Saratov, Tver, Tula və Ulyanovsk vilayətləri, Moskva regionu, Kuban, Krım, eləcə də Azov və Qara dəniz akvatoriyaları üzərində zərərsizləşdirilib.
Səhər saatlarında Ukrayna Silahlı Qüvvələri Krasnodar diyarının Yeysk şəhərinə və onun ətrafına pilotsuz uçuş aparatları ilə zərbə endirib. Dronlardan biri fərdi yaşayış evinə dəyib, nəticədə bir ailə zərər çəkib — iki uşaq və bir böyük həyatla bir araya sığmayan xəsarətlər alıb, daha iki nəfər isə yaralanıb. Bundan əlavə, pilotsuz uçuş aparatlarının qalıqları şəhər limanına düşüb və orada güclü yanğın başlayıb. Yeysk rayonunda fövqəladə vəziyyət rejimi və matəm elan edilib.
Hüseyn İbadlı
Mənbə: publika.az