Xorvatiyada təyyarə qəzaya uğradı: Ölənlər var

Xorvatiyada təyyarə qəzaya uğradı: Ölənlər var

Çex Respublikasından uçan kiçik təyyarənin Xorvatiyanın Zadar şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində iki nəfər həlak olub.

Bu barədə Xorvatiya polisinin mətbuat xidməti məlumat yayıb.

"Radarlardan itən kiçik təyyarənin axtarışları saat 22 (Bakı vaxtı ilə gecəyarı) radələrində başa çatıb. Xorvatiya Dağ-Xilasetmə Xidmətinin əməkdaşları qəzaya uğramış təyyarəni və iki nəfərin meyitini tapıblar", - deyə polisdən qeyd edilib.

Təyyarənin qalıqları Zadardan 60 km aralıda, Paklenitsa milli parkının ərazisindəki dağlarda tapılıb.

Mənbə: oxu.az