Həbs olunan Ruslan Məmmədov bu federasiyada vitse-prezident imiş

Həbs olunan Ruslan Məmmədov bu federasiyada vitse-prezident imiş

Rusiyada həbs olunan azərbaycanlı diaspor rəhbəri Ruslan Məmmədovla bağlı yeni məlumat ortaya çıxıb.

R. Məmmədov Perm diyarı Cüdo Federasiyasının vitse-prezidenti imiş. Onun bu vəzifəyə 2025-ci ilin mart ayında təyin olunduğu bildirilir.

Qeyd edək ki, Ruslan Məmmədov Federal Təhlükəsizlik Xidməti və Rusiya Qvardiyasının əməkdaşları tərəfindən saxlanılıb. Permin Leninski Rayon Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib.

O, rüşvət verməkdə vasitəçi olmaqda ittiham olunub. İstintaqın iddiasına görə, Məmmədov bir miqranta barəsindəki cinayət işinə xitam verilməsi üçün hüquq-mühafizə orqanlarının əməkdaşlarına pul çatdıracağını vəd edib.

Məmmədovun həmçinin “Perm diyarı Azərbaycan Xalqları Assambleyası” regional ictimai təşkilatının fəallarından biri olduğu qeyd olunur.

Məlumata görə, Ruslan Məmmədov ona qarşı irəli sürülən ittihamları qəbul etmir.


Mənbə: unikal.az