Şəmkirdə piyadanı maşın vurub öldürdü

Şəmkirdə piyadanı maşın vurub öldürdü

Bakı-Qazax yolunda ölümlə nəticələnən qəza olub.

“Qafqazinfo” xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun Şəmkir rayonundan keçən hissəsində qeydə alınıb.

Belə ki, “Mercedes Vito” markalı avtomobil yolu keçmək istəyən təxminən 50-60 yaşlarında qadını vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

Onun nəşi Məhkəmə Tibbi Ekspertiza və Anatomiya Birliyinin Şəmkir Rayon Şöbəsinə yerləşdirilib. Hazırda vəfat edən piyadanın şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma başlanılıb.

Yunis Quliyev

Mənbə: qafqazinfo.az