Zelenskinin doğulduğu şəhərin vurulması zamanı ölənlərin sayı - 16-ya çatdı - Fotolar

Zelenskinin doğulduğu şəhərin vurulması zamanı ölənlərin sayı - 16-ya çatdı - Fotolar

Ukraynanın Krivoy Roq şəhərində ticarət mərkəzinə Rusiya pilotsuz uçuş aparatları ilə həyata keçirilən hücum nəticəsində ən azı 16 nəfər ölüb, 130-dan çox insan yaralanıb.

Dnepropetrovsk vilayətinin rəhbəri Aleksandr Qanja bildirib ki, yaralananlar arasında 22 uşaq da var.

Onun sözlərinə görə, 5-i uşaq olmaqla, 29 yaralının vəziyyəti ağırdır.

Qanja açıqlamasında iki uşaq da daxil olmaqla, 9 nəfərin itkin düşmüş hesab edildiyini bildirib. Xilasedicilər ticarət mərkəzinin dağıntıları altında qalan insanların axtarışını davam etdirirlər.

Qeyd edək ki, Krivoy Roq Ukrayna Prezidenti Volodimir Zelenskinin doğulduğu şəhərdir.



Mənbə: qafqazinfo.az