Gürcüstan hakimiyyəti vətəndaşların keçid məntəqəsinin yerləşdiyi Devdoraki dərəsində suyun səviyyəsinin qalxması səbəbindən Rusiya ilə "Qazbegi - Yuxarı Lars" sərhədini bağlayıb.
Bu barədə respublikanın DİN-dən bildirilib.
Qurumdan vurğulanıb ki, çayda quraşdırılmış erkən xəbərdarlıq sistemindən suyun səviyyəsinin qalxması barədə siqnal daxil olub.
"Protokola uyğun olaraq, həmin an nəzarət-buraxılış məntəqəsində olan vətəndaşların, orada çalışan patrul polisinin, sərhəd polisinin əməkdaşlarının və özəl şirkət nümayəndələrinin təxliyəsi həyata keçirilib", — deyə nazirlikdən bildirilib.
Bundan əlavə, iki dövlətin sərhədi yaxınlığında yerləşən Qveleti kəndi ətrafında nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.
Hüseyn İbadlı
Mənbə: publika.az