Polşanın paytaxtı Varşavanın mərkəzində tikinti işləri zamanı İkinci Dünya müharibəsi dövrünə aid dörd ədəd döyüş sursatı aşkarlandıqdan sonra təxminən 4 000 nəfər təxliyə edilib.
Bu barədə "Polsat" telekanalı məlumat yayıb.
Polis ərazidə 300-400 metr radiusda təhlükəsizlik zonası yaradıb. Yaxınlıqdakı sakinlərlə yanaşı, səkkiz ofis binasında çalışan şəxslər də təxliyə olunublar.
Aşkar edilən döyüş sursatlarının növü açıqlanmayıb. Onların 1944-cü ilin avqustunda başlayan Varşava üsyanından qaldığı ehtimal edilir.
Mənbə: oxu.az