Bulaqdan su içən 6 yaşlı uşağın boğazından zəli çıxdı - Fotolar

Bulaqdan su içən 6 yaşlı uşağın boğazından zəli çıxdı   -


Türkiyədə 6 yaşlı uşağın boğazından zəli çıxarılıb.

Təxminən 10 gün əvvəl 6 yaşlı M.E. Siirt şəhərinin Baykan rayonunda bulaqdan su içib.
Bir müddət sonra uşaq özünü pis hiss edib və ailəsi boğazını yoxlayanda zəli görüb onu Siirt Təhsil və Araşdırma Xəstəxanasına aparıb.
Orada tibbi qruplar uşağın boğazından zəlini çıxarıblar. U1qşağın sağlamlıq vəziyyətinin yaxşı olduğu öyrənilib.(Medicina.az)

Mənbə: www.bakupost.az