Lənkəranda biabırçı mənzərə - Video

Lənkəranda biabırçı mənzərə - Video

Lənkəran rayonunda məişət tullantılarının atıldığı zibil poliqonundakı antisanitar vəziyyət ətrafdakı insanlarla yanaşı, şəhərə gələn qonaqları da narahat edir.

Bloqer Kamran Razmovar video paylaşaraq Lənkərandakı acınacaqlı vəziyyəti nümayiş etdirib.

O bildirib ki, hər gün yandırılan poliqondan qalxan tüstü və üfunət qoxusu ətraf mühitə zərər vurmaqla yanaşı, insanların rahatlığını pozur.

Qeyd edək ki, bu zibil poliqonu 1980-ci ildə yaradılıb. Lənkəran Şəhər İcra Hakimiyyəti 2020-ci ildə məlumat yayaraq 2020-2023-cü illərin Dövlət İnvestisiya Proqramında Lənkəran rayonunda məişət tullantılarının utilizasiyası üçün zavodun tikintisinin nəzərdə tutulduğunu bildirib. Həmin vaxt qeyd edilib ki, zavod fəaliyyətə başladıqdan sonra orada istehsal gücü 10 min m³ olan məişət və qeyri-məişət tullantılarının utilizasiyası mümkün olacaq. Lakin geridə qalan müddətdə bu istiqamətdə hər hansı addım atılmayıb.

Mənbə: qafqazinfo.az