Avtomobil dirəyə çırpıldı: sürücü həyatını itirdi

Avtomobil dirəyə çırpıldı: sürücü həyatını itirdi

Qobustanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Rayonun Təklə kəndi ərazisində hərəkətdə olan minik avtomobili idarəetmədən çıxaraq elektrik dirəyinə çırpılıb. Qəza nəticəsində sürücü, 27 yaşlı Emil Əmralıyev hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: publika.az